[b]Milli üzvü üçün uğursuz oyunda “Fənərbaxça” qalib gəldi[/b]
05.11.2017 - 17:24
[b]Milli üzvü üçün uğursuz oyunda “Fənərbaxça” qalib gəldi[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Nilüfər Bələdiyyəsi”nin qonağı olub.

 

Görüş “sarı-lacivərdlilər”in qələbəsi ilə başa çatıb. “Fənərbaxça” rəqibini 3:0 (25:20, 25:18, 25:14) hesabı ilə məğlub edib. 

 

Rəhimova üçün isə görüş uğurlu alınmayıb. Matça ehtiyatda başlayan həmyerlimiz ara-sıra meydana çıxaraq 8 xal toplayıb.

 

Görüşün bombardiri təmsilçimizin komanda yoldaşı Jerkov olub – 17 xal.

 

Qeyd edək ki, “Fənərbaxça” 6 oyundan sonra bütün görüşlərində qalib gələrək turnir cədvəlinin vahid lideridir. 

0