Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
28.04.2024 - 13:37
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb

Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Apasport.az xəbər verir ki, Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.

 
İdmançımız yarımfinalda finişə hamıdan tez çatıb. Diana 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub (07:40.67/07:40.67).  Bu nəticə ilə avarçəkənimiz əsas final olan A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən A finalında yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib. Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Paris Olimpiadasına lisenziyanı təmin edib. Milli komandamızın üzvü A finalında 2-ci olub.
 
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın  Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.

0