21:52 22-08-2020
news_image
512
FUTBOL

"Qarabağ" "Sabah"a "2" verdi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında I tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Son çempion "Qarabağ" turun mərkəzi qarşılaşmasında "Sabah"ı qəbul edib. Mövsümə Çempionlar Liqasındakı qələbə ilə başlayan Ağdam təmsilçisi Premyer Liqaya da 3 xalla start verib.

Qurban Qurbanovun yetirmələri yay fasiləsində heyəti bir qədər də güclənən və "Qarabağ"a əsas rəqiblərdən sayılan "Sabah"a 2:0 hesabı ilə qalib gəlib. Mahir Emrelinin dublu bakılıların ispaniyalı baş məşqçisi Visente Qomesin ölkəmizdəki debüt matçında məğlubiyyətini rəsmiləşdirib.

Qeyd edək ki, tura avqustun 23-də keçiriləcək "Qəbələ" - "Zirə" (19:00) oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
I tur
22 avqust
20:00. “Qarabağ” – “Sabah” - 2:0
Qollar:
Emreli, 45, 68
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 60. Abbas Ağazadə, 38. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov
Baş məşqçi: Visente Qomez
“Azersun Arena”