Bədii gimnastika üzrə Olimpiya çempionu Karolina Sevastyanova növbəti paylaşımı ilə izləyicilərini heyrətləndirib.
Apasport.az saytının məlumatına görə, rusiyalı idmançı çimərlik geyimində çəkdirdiyi şəkli instaqram səhifəsində paylaşıb.
Bu isə onun pərəstişkarlarının diqqətini çəkib. Həmin şəklə müxtəlif rəylər gəlib ki, onlar arasında “necə də gözəlsiniz”, “kosmos”, “gözəl şahzadə” yazanlar var. Sevastyanova həmçinin bir müddət öncə sosial şəbəkədə izləyiciləri ilə söhbətləşərkən “kasıb kişi ilə heç vaxt evlənmərəm” deyib.
Qeyd edək ki, 25 yaşlı Karolina Sevastyanova çoxnövçülük üzrə 2012-ci ildə Londonda Olimpiya çempionu olub, 2010-cu ildə Sinqapurda keçirilən Gənclərin Yay Olimpiya Oyunlarının qalibi olub. O, həm də Rusiyanın Əməkdar İdman Ustası adını alıb.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib