Azərbaycanı ilk dəfə keçiriləcək Avropa çempionatında altı qılıncoynadan təmsil edəcək
02.05.2008 - 11:32
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan qılıncoynadanları mayın 9-da İtaliyanın Montsa şəhərində start götürəcək 23 yaşadək gənclər arasında Avropa çempionatında iştirak edəcəklər. Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, ilk dəfə təşkil olunacaq birincilikdə sablya üzrə milli komandamızın üzvləri – Səbinə Əmrahzadə, Sevil Bünyatova, Ramin Əmirov, Cəlil Ələsgərov, Yusif Budaqov və Namiq Ağakərimov mübarizə aparacaqlar. Mayın 11-də baş çatacaq yarışın hakimlər korpusunda isə beynəlxalq dərəcəli referi Fikrət Vəliyev yer alacaq.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0