Məşqçi 9 uşağı zorlayıbmış...
22.08.2009 - 12:38
Məşqçi 9 uşağı zorlayıbmış...
Karate üzrə uşaq məşqçisi yetirmələrini zorlamaqda ittiham olunur. Apasport.az saytının məlumatına görə, Rusiyanın Qlazov şəhərinin idman məktəbinin karate bölməsində çalışan mütəxəssis 9-10 yaşlı 9 oğlan uşağına seksual zor tətbiq edib.

Tez-tez yetirmələrini Udmurtiyanın paytaxtı İjevsk şəhərinə aparan məşqçi bunu öz məqsədləri naminə edirmiş. Belə ki, məşqçi paytaxt mehmanxanalarında öz yetirmələrinə istədiyini edə bilib. Artıq əməlləri üzə çıxan çalışdırıcıya seksual xarakterli zor tətbiq etmək ittihamı irəli sürülüb. Hüquq-mühafizə orqanları artıq həbs olunan məşqçinin adını açıqlamır.
0