Azərbaycan millisində koreyalı legioner
30.09.2009 - 17:39
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasına cənubi koreyalı idmançı cəlb olunub. Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi, dünya çempionu Niyaməddin Paşayev məlumat verib.
Onun sözlərinə görə, Seuqnmi Li adlı taekvondoçunun oktyabrın 14-də Danimarkanın paytaxtı Kopenhagendə start götürəcək dünya çempionatında iştirakı nəzərdə tutulub. Həmin vaxtadək sənədləri qaydasına düşəcəyi halda, koreyalı legioner Kopenhagenə aparılacaq. Onun 57 kq çəkidə çıxışı nəzərdə tutulub.
20 yaşlı Li artıq gənclərdən ibarət yığmamızın heyətində 26-27 sentyabrda Türkiyənin Bursa şəhərində keçirilmiş beynəlxalq Balkan turnirinə qatılıb. O, yarışda ölkəmizə yeganə qızıl medalı qazandırıb. Digər taekvondoçularımızdan Fəridə Əzizova (55 kq) gümüş, Türanə Tahirli (51 kq), Eldar Qurbanov (62 kq), Elvin Məmmədov (72 kq), Aydın Bəhmalov (78 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə 10 ölkə təmsil olunub.

- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
0
0