Taekvondoçularımız bu gün Avropa çempionatında medal qazana bilərlər
14.05.2010 - 10:49
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü də tatamiyə çıxan 4 idmançımız mükafatçılar sırasına düşə bilməyib.
Ziya Qasımov (63), Fariz Əliyev (68), Arzu Bağırova (53 kq) və Seunqmi Li (57 kq) keçirdikləri görüşlərdə məğlub olaraq, mübarizəni dayandırıblar.
13 taekvondoçu (8 kişi, 5 qadın) ilə təmsil olunduğumuz Avropa çempionatında bu gün daha 3 idmançımız qüvvəsini sınayacaq. Baş məşqçi Ələkbər İmaməliyevin böyük ümid bəslədiyi Elvin Məmmədov ikinci mərhələdə (74 kq) İqor Orlov (Moldova) və Juho Kostiainen (Finlandiya) cütünün qalibini sınağa çəkəcək. 80 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Əhmədovun zədələnməsindən sonra Rusiyaya aparılan İlkin Şahbazov da birinci döyüşdən azaddır. Avropa çempionumuz ikinci mərhələdə Nikolas Hamme (İspaniya) və Arman Yeremyan (Ermənistan) cütünün güclüsü ilə qarşılaşacaq.
Qadınlardan ibarət yığmamızın son nümayəndəsi Günay Ağakişiyeva (62 kq) komandamızın səfərdən əliboş dönməməsi üçün medal qazanmağa cəhd edəcək. Niyaməddin Paşayevin yetirməsi növbəti mərhələyə yüksəlmək üçün kipr Kriaki İoannounu məğlub etməlidir.
Qeyd edək ki, çempionatın birinci günündə Samir Aydınov (54), Vasif Qurbanov (58), Xəyalə Quliyeva (46 kq) və Aygül Abdullayeva (49 kq) mübarizəni dayandırmışdılar. Beləliklə, ilk 2 günündən sonra məğlub olan taekvondoçularımızın sayı 8-ə çatıb.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0