Elnur Məmmədlinin ikinci şansı
14.05.2010 - 23:01
Bu gün Misirdə cüdo üzrə Dünya kuboku yarışına start veriləcək. Apasport.az saytına məlumatına görə, 2 gün davam edəcək yarış London-2012-yə lisenziya xalları verəcək.
Turnirdə ölkəmiz 15 idmançı ilə iştirak edəcək. Onlardan 13-ü kişi və 2-si qadındır. Belə ki, baş məşqçisi Ağayar Axundzadə Dünya kubokunda İlqar Müşkiyev, Vüqar Şirinli (hər ikisi 60 kq), Ramil Qasımov, Tərlan Kərimov (hər ikisi 66 kq), Orxan Dünyamalıyev, Amil Qasımov (hər ikisi 73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Mövlud Mirəliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovaya (63 kq) etibar edəcək.
Qeyd edək ki, cüdoçularımızdan ilk Olimpiya lisenziyalı yarışda – Tunisdə Qran-pri turnirində yalnız Elxan Məmmədov gümüş medal qazanmışdı.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0