Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2010 - 22:46
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın taekvondo yığması ilk medalını qazanıb. Lent.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən Elvin Məmmədov bürünc medala sahib çıxıb.
Məmmədov əvvəlcə Roman Rusinovu (İsrail) mübarizədən kənarlaşdırıb – 9:2. Növbəti görüşündə o, Yuho Kostiayneni (Finlandiya) yenib – 7:5. ¼ finalda Davud Etminanini (Böyük Britaniya) 10:7 hesabı ilə məğlub edən taekvondoçumuzun qarşısını yarımfinalda Manuel Mark (Avstriya) kəsib – 9:4. Reqlamentə əsasən, 3-cü yer uğrunda görüş keçirilməyib. Beləliklə, Elvin Məmmədov digər yarımfinalda uduzan Mokdad Unislə (Almaniya) birgə bürünc medala sahib olub. Avropa çempionu adını isə finalda məhz Manuel Markı minimal hesabla yenən Rıdvan Bayqut (Türkiyə) qazanıb.
Digər təmsilçilərimizə gəldikdə, İlkin Şahbazov (80 kq) elə ilk görüşdəcə Nikolas Hemm Qarsiyaya (İspaniya) 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Günay Ağakişiyeva (62 kq) isə ilk görüşündə Kiriaki İoannunu (Kipr) 12:4 hesabı ilə yensə də, növbəti qarşılaşmasında Marqarita Mixayliduya (Yunanıstan) 7:15 hesabı ilə uduzaraq, medalsız qalıb.
Qeyd edək ki, qitə çempionatının ilk 2 günündə çıxış etmiş taekvondoçularımızdan Samir Aydınov (54 kq), Vasif Qurbanov (58 kq), Ziya Qasımov (63 kq), Fariz Əliyev (68 kq), Xəyalə Quliyeva (46 kq), Aygül Abdullayeva (49 kq), Arzu Bağırova (53 kq) və Seunqmi Li (57 kq) də eyni aqibətlə üzləşiblər. Mayın 15-də son iki medal ümidimiz Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87 kq) mübarizə aparacaq.

- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0