Baş məşqçi yığmamızın Avropa çempionatında çıxışını uğurlu sayır
17.05.2010 - 12:32
“Yarış yüksək səviyyədə təşkil edilmişdi. 42 ölkədən 378 idmançının mübarizə apardığı Avropa çempionatında 1 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olduq. Yığmamızın Sankt-Peterburqdakı çıxışını uğurlu hesab etmək olar”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.
İmaməliyev bildirib ki, çempionat komandamız üçün uğursuz başlasa da, sonda yığmamız istəyinə nail olub: “Yarışın ilk günü bizim üçün pis başladı. Tatamiyə çıxan Samir Aydınov (54 kq) və Vasif Qurbanov (58 kq) ilk döyüşdə uduzaraq mübarizəni dayandırdılar. İkinci gündə də medal qazanmaq arzumuzu reallaşdıra bilmədik. Ziya Qasımov (63 kq) çətin keçən qarşılaşmada uduzdu. Sonra Avropa çempionu və Olimpiya mükafatçısı ilə döyüşdə Fariz Əliyev (68 kq) də eyni aqibəti yaşadı. 21 yaşlı perspektivli idmançımız 13:5 hesabı ilə irəlidə olsa da, 8-ci cəriməni aldı və qaydalara uyğun olaraq məğlub hesab edildi. Üçüncü gün ilk medal sevincimizi yaşadıq. 80 kq çəki dərəcəsində qüvvəsini sınayan Avropa çempionumuz İlkin Şahbazov 0:1 hesabı ilə uduzsa da, Elvin Məmmədov (74 kq) yarımfinala kimi irəlilədi. Lakin bu mərhələdə onun qarşısını avstriyalı taekvondoçu kəsdiyindən, Məmmədov bürünc medalla kifayətləndi. Bundan sonra çempionatın sonuncu gününə də böyük ümidlər bəsləyirdik. Həmin gün Ramin Əzizov (87 kq) ilk döyüşdə qələbə qazandı. Lakin qələbənin davamını gətirə bilmədi. Ondan fərqli, +87 çəki dərəcəsində ilk dəfə mübarizə aparan Təvəkkül Bayramov çox çətin rəqiblərlə döyüşdən qalib ayrıldı və komandamıza qızıl medal qazandırdı”.
İmaməliyev komandamızın daha çox medala yiyələnəcəyini proqnozlaşdırırmış. Lakin taekvondoçularımızın bəzisinin “enerjisinin” qurtarması və bəzisinin təcrübəsizliyi baş məşqçinin planlarını pozub: “Bütün idmançılarla müqayisədə 54 kq çəki dərəcəsində qüvvəsini sınayan Samir Aydınova böyük ümidlər bəsləyirdim. Amma o, döyüşdən sonra özü mənə bildirdi ki, qarşılaşmanın sonunda enerjisi qurtarıb və hətta belə yeriməyə də gücü çatmayıb. Ondan əlavə olaraq, İlkin Şahbazovdan medal gözləyirdik. Avropa çempionatının qızıl və gümüş mükafatçısı isə birinci döyüşdə ispaniyalı rəqibinə uduzdu. Belə ki, rəqib ilk dəqiqələrdə 1 xal aldı və müdafiəyə “oturdu”. Sonra da ondan xal almaq müşkülə çevrildi. Ziya Qasımov (63 kq) da fəxri kürsüdə yer ala bilərdi. Onun isə təcrübəsi çatmadı. Döyüşdən sonra Qasımov özü də bunu etiraf etdi. Tez-tez xətdən kənara çıxması onun da yarışı dayandırması ilə nəticələndi”.
Tahir HÜMMƏTOV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0