Kanu Nigeriya yığmasından imtina etdi
25.06.2010 - 15:24
Futbol üzrə Nigeriya milli komandasının kapitanı Nvanko Kanu beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, İngiltərənin “Portsmut” klubunun hücumçusu Nigeriyanın dünya çempionatında qrup mərhələsini dəf edə bilməməsindən sonra belə qərara gəlib.
34 yaşlı forvard deyib: “Bu, mənim üçün elə karyeramı başladığım qitədə bir vidadır. Yəqin ki, dünya çempionatında heç də hər şey bizim üçün uğurlu alınmadı. Amma mən milli komanda üçün gördüyüm işlərdən razıyam”.
Qeyd edək ki, Nvanko Kanu Nigeriya millisində 86 oyuna 13 qol vurub.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0