Azərbaycan prezidenti Liman şəhərində Regional Boks Təlim Mərkəzinin açılışında iştirak edib
25.06.2010 - 16:15
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində Liman şəhəri ərazində əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, ümumi sahəsi 3 hektar olan mərkəzdə yaradılmış şəraitlə yaxından tanışlıq zamanı məlumat verilib ki, 1986-cı ildə istifadəyə verilmiş Sağlamlıq Kompleksində idmanın 6 növü - boks, ağır atletika, karate, cüdo, güləş və sambo tədris olunub. Ötən müddətdə burada beynəlxalq arenalarda yüksək nəticələr əldə edən idmançılar nəsli yetişib. Lakin son illər istifadəyə yararsız hala düşən idman kompleksi 2008-ci ildən yenidən bərpa olunub. Burada idmançıların fiziki, taktiki və texniki hazırlıqları üçün hər cür şərait yaradılıb, lazımi avadanlıq quraşdırılıb. Eyni vaxtda 60 idmançının məşq edə biləcəyi mərkəzdə 2 boks rinqi, məşqçi müəllimlər, soyunub-geyinmə otaqları, duşxana, trenajor zalı var.
Qeyd olunub ki, uşaq, gənc və yeniyetmələrlə yanaşı, boks üzrə yığma komandamız da burada təlim-məşq toplanışı keçirəcək. Eyni zamanda, bu mərkəzin xidmətindən cənub bölgəsindəki rayonların idmançıları da yararlana biləcəklər. Bu ilin aprelində Beynəlxalq Boks Assosiasiyasının üzvləri mərkəzlə tanış olub, burda yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Prezident İ. Əliyev boks rinqlərində, basketbol və futbol meydançalarında gənc idmançıların məşq prosesini izləyib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0