David Vilya üçün daha 3 rəqib
27.06.2010 - 13:01
David Vilya üçün daha 3 rəqib
Dünya çempionatının final mərhələsinin bombardirləri siyahısına liderlik edən futbolçuların siyahısı böyüyüb. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin ilk iki qarşılaşmasından sonra daha 3 oyunçu mundialdakı qollarının sayını 3-ə çatdırıb. Bunlar uruqvaylı Luis Suares, qanalı Qyan Asamoa və ABŞ yığmasının üzvü Lendon Donovandır.

Dubla imza atmaqla, komandasını 1/4 finala daşıyan Suares vurduğu son iki qolla Cənubi Koreya üzərində qələbənin (2:1) “memar”ı oldu. Əvvəlki matçlardan fərqli, bu dəfə penaltidən deyil, oyun epizodundan fərqlənən Qyan da ABŞ-la qarşılaşmanın taleyini həll etdi. O, matçın əlavə vaxtdakı qolla şimalı amerikalıların ümidlərini qırdı – 2:1. Bu iki futbolçudan fərqli, Donovan qollarının sayını artırmaq imkanından məhrum olub. İlk dəfə penaltidən fərqlənən hücumçu komandası Qanaya uduzduğundan CAR-dakı mundialda sonuncu dəfə fərqləndi.

Qeyd edək ki, Qyan, Donovan və Suaresə qədər argentinalı Qonzalo İquayn, slovakiyalı Robert Vittek və ispaniyalı David Vilya da 3 qol vurmağı bacarmışdı.