7 ölkənin millisi Bakıya gəlir
07.03.2011 - 11:53
Martın 9-13-də Bakıda keçiriləcək boks üzrə “Böyük İpək Yolu” turnirinə qatılacaq komandalar müəyyənləşib. Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin apasport.az saytına verdiyi məlumata görə, yarışda iştirak etmək üçün ölkəmizə Rusiya (2 komanda ilə), Qazaxıstan, Türkiyə, Özbəkistan, İran, Tacikistan və Gürcüstan yığmaları təşrif buyuracaqlar.
Azərbaycan yığması isə “Böyük İpək Yolu”na 3 komanda ilə qatılacaq. Abıyev bildirib ki, bu turnirdə millinin 1 və 2 nömrələri ilə yanaşı, gənclər yığmamızın da əsas üzvləri qüvvələrini sınayacaqlar.
Vitse-prezident boksçularımızın “Böyük İpək Yolu”na ciddi hazırlaşdıqlarını və yarışda iştirak edəcək idmançılarımızdan böyük uğur gözlədiklərini deyib.
Qeyd edək ki, dünyada böyük boks ənənəsinə malik Rusiya yığması Bakıya əsas heyətlə gəlir. Yarışın texniki nümayəndəsi isə fransalı Mairesse olacaq.

- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
0
0