Boks üzrə ölkə çempionatı başlayır
19.12.2011 - 10:31
Dekabrın 20-də Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 17 yaşından 34 yaşa kimi boksçular iştirak edə bilər.
Azərbaycan çempionatında idman cəmiyyətləri, klubları, şəhər və rayon yığma komandalarının heyətinə daxil olan idmançılar mübarizə aparacaq. İlk 3 yeri tutan boksçular ABF tərəfindən diplom, medal və qiymətli mükafatlarla təltif olunacaqlar. Ölkə çempionatına dekabrın 24-də keçiriləcək final döyüşlərindən sonra yekun vurulacaq. Yarış İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0