Tyerri Anrinin “Arsenal”a qayıdışı rəsmiləşdi
30.12.2011 - 10:09
Fransalı dünya və Avropa çempionu Tyerri Anrinin “Arsenal”a qayıdışı baş tutub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu çıxış etdiyi ABŞ-ın “Nyu-York Red Bullz” klubunun rəhbərliyini London təmsilçisinin təklifini qəbul etməyi haqda xəbərdar edib. Anri uzun illər şərəfini qoruduğu komandada 2 aylıq icarədə oynamağa razılıq verib. Keçid yeni ilin ilk günündə rəsmən elan ediləcək.
Londonlular sabiq kapitanına görə həftədə 70 min funt sterlinqə yaxın pul ödəyəcək. O, millidə olduğu kimi, “Arsenal”da da 12 nömrəli formada oynayacaq. Tyerrinin London klubunda daşıdığı 14 nömrə onun gedişindən sonra İngiltərə milli komandasının da üzvü olan sağ cinah yarımmüdafiəçisi Teo Uolkottdadır.
Qeyd edək ki, Anri çoxsaylı mükafatlar qazandığı “Arsenal”da 1999-2007-ci illərdə (254 oyun, 174 qol) oynayıb.

- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0