Bakı klubundan yeni mövsüm üçün 2 möhtəşəm transfer
04.01.2012 - 10:55
Bakının SOCAR şahmat klubu yeni mövsüm üçün ilk transferlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, son Avropa çempionatının gümüş mükafatçısı sabiq dünya çempionu Vesilin Topalov (Bolqarıstan) və Qata Kamskinin (ABŞ) keçidini həll ediblər. Onların hər 2-si bu il Azərbaycan komandasının şərəfini qoruyacaqlar.
Ukraynalı mütəxəssis Vladimir Tukmakovla da müqaviləni yeniləyən SOCAR Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Emil Sutovskini də heyətdə saxlamağa qərar verib. Lakin paytaxt klubu son 2 qrossmeysterinin kim olacağını hələ açıqlamayıb. Bunun yaxın günlərdə bəlli olacağı gözlənilir.
Qeyd edək ki, 2010-cu ildə yaradılan komanda həmin il keçirilən klublararası Avropa çempionatında 4-cü olsa da, bir il sonra 2-ci yeri tutub. Növbəti qitə birinciliyi isə bu ilin payızında olacaq.

- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
0
0