“Almaniya yığmasına qalib gəlmək üçün cəsarətli olmalıyıq”
08.06.2012 - 13:45
Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu bu gün start götürəcək Avropa çempionatının final mərhələsi öncəsi iddialı danışıb. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcının ilk turda güclü Almaniya yığması ilə oyunda qələbəyə köklənib. Onun sözlərinə görə, yetirmələri matçda yalnız müdafiə haqda düşünməyəcəklər: “Almaniya yığmasına qalib gəlmək üçün biz intizamlı hərəkət etməliyik. Bizə həmçinin cəsarət lazımdır. Ancaq yalnız müdafiə haqda düşünsək, qalib gəlməyəcəyimiz dəqiqdir. Hücumu da unutmamalıyıq. Ancaq bunu çox intizamlı, aqressiv etməliyik və topu itirən zamanı tez geriyə qayıtmağımız lazımdır”.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0