İdmançımız Avropa çempionatında
08.06.2012 - 23:00
Bu gün Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürəcək. Apasport.az saytının xəbərinə görə, 2 gün davam edəcək qitə birinciliyinə 23 ölkədən 422 oğlan və qız avarçəkən qatılacaq.
Azərbaycan 16 yaşlı Boris Yotov təmsil edəcək. O, oğlanlar arasında 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Yotov 11 idmançıya rəqib olacaq. Onlar mübarizəyə hər birində 6 avarçəkən olmaqla 2 yarımqrupda başlayacaqlar. Seçmə və təsəlli yürüşləri ilk yarış günündə, final yürüşü isə ertəsi gün baş tutacaq.
Qeyd edək ki, Boris Yotov ötən il Polşanın Kruşvitsa şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. O, 20-23 mayda İsveçrənin Lütsern şəhərində təşkil olunmuş Yekun Olimpiya Təsnifat Reqatasında da mübarizə aparıb. Yotovun Aleksandr Aleksandrovla birgə təşkil etdiyi duet 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə yürüşdə 3-cü olub. Onların 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya verən 2-ci pilləni tutmaq üçün cəmi 0,53 saniyələri çatmayıb.
amaf.az

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0