London-2012: Azərbaycanın postsovet məkanında çəkisi - ARAŞDIRMA
23.07.2012 - 23:01
İyulun 27-də start götürəcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 1340 nəfəri keçmiş SSRİ məkanını təmsil edəcək. Apasport.az saytının araşdırmalarına əsasən, Londonda keçiriləcək möhtəşəm yarışın 10 min 500 nəfərlik iştirakçı heyətinin təxminən 1/8-i postsovet məkanın 15 təmsilçisinin payına düşür.
İttifaqdan ayrılan ölkələr otüstü hokkey istisna olmaqla, Olimpiada proqramında olan bütün idman növlərində çıxış edəcəklər. Atletika və güləş növlərində sabiq SSRİ təmsilçiləri böyük say üstünlüyünə malikdir. Bu idman növlərində müvafiq olaraq, 359 və 112 idmançı həmin ölkələrin payına düşür. Atletika ilə üzgüçülük növlərində isə 15 respublikanın hamısı iştirak edəcək.
MDB və Baltikyanı ölkələrin təmsilçilərinin idmançı sayına gəlincə, aşkar lider Rusiyadır – 443 nəfər. Yığma üzvlərinin sayı 3 rəqəmlə ifadə olunan Ukrayna (238), Belarus (172) və Qazaxıstan (115) sonrakı sıraları tuturlar. Böyük Britaniya paytaxtına 53 idmançı ilə yollanacaq Azərbaycan millisi isə bu 4 ölkə ilə yanaşı, Litva (62) və Özbəkistandan (54) geri qalaraq, keçmiş SSRİ-də 7-cidir. Bu siyahıda sonuncu yeri cəmi 10 olimpiyaçısı olan Türkmənistan tutur. Düşmən Ermənistan isə bu göstəricidə Azərbaycandan 2 dəfədən də çox geri qalır. Onlar cəmi 25 idmançı ilə Londona gedəcəklər.
Ən çox idmançısı olan Rusiya Olimpiya proqramına daxil olan 36 (müxtəlif mənbələrdə fərqli rəqəmlər göstərilsə də, yarışın rəsmi saytı məhz bu qədər idman növünü özündə əks etdirir) idman növündən 33-də təmsil olunur. Şimal qonşularımız yalnız otüstü hokkey, velosiped idmanı (BMX) və futbolda Olimpiadaya lisenziya qazana bilməyiblər. Ukrayna (27), Belarus (24) və Qazaxıstan (20) idman növlərinin yarıdan çoxunda təmsil olunub. Bu 4 ölkədən başqa, 16 müxtəlif növdə yarışacaq Litva da ölkəmizi qabaqlayır. Belə ki, Londonda 15 idman növündə medallara iddia edən Azərbaycan bu göstəricidə Özbəkistanla 6-7-ci yerləri bölüşdürür. Türkmənistan yığması isə cəmi 5 idman növündə təmsil olunmaqla yenə sonuncudur. Cəmi 9 idman növündə çıxış edəcək ermənilər isə cədvəlin ikinci yarısında qərarlaşıb. Onlar Azərbaycanın təmsil olunacağı idman növlərinin yalnız 60 faizində mübarizə aparacaqlar.
Sabiq SSRİ-nin 1340 nəfərlik ümumi heyətində 53 nəfərlə təmsil olunan Azərbaycanın postsovet məkanındakı çəkisi təxminən 4 faiz, daha dəqiqi 3,96 faizə bərabərdir. Bu isə müstəqil komanda kimi qatılmadığımız sonuncu - 12 respublikanın vahid, 3 Baltikyanı ölkəsinin müstəqil yığma kimi yollandığı Barselona-1992 ilə müqayisədə 4,7 dəfə çoxdur. 20 il öncə bu 15 respublikanı təmsil edən 593 idmançıdan yalnız 5-i, yəni 0,84 faizi Azərbaycanı təmsil edirdisə, hazırda sonuncu rəqəm 3,96-ya kimi yüksəlib.
Qeyd: Cədvəldə lisenziyaların deyil, ölkəni Olimpiadada təmsil edəcək idmançıların sayı göstərilib.
Ölkələrin təmsilçilərinin əks olunduğu Cəmi xanasında göstərilən mötərizələr Olimpiadanın rəsmi internet saytındakı anlaşmazlıqları göstərir. Belə ki, orada bəzi ölkələrin idmançı sayını göstərən rəqəmlə həmin idmançıların yer aldığı siyahıdakı say arasında fərq yaranıb. Təqdim etdiyimiz cədvəl və yazıda ikinciyə üstünlük versək də, mötərizədə birinci rəqəm göstərilib.
Tahir HÜMMƏTOV

Rusiya | Ukrayna | Belarus | Qazaxıstan | Litva | Özbəkistan | Azərbaycan | Latviya | Gürcüstan | Estoniya | Ermənistan | Moldova | Tacikistan | Qırğızıstan | Türkmənistan | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Kamandan oxatma | 3 | 6 | 1 | 2 | 1 | 1 | 1 | ||||||||
Atletika | 110 | 78 | 50 | 25 | 20 | 13 | 3 | 23 | 4 | 12 | 4 | 11 | 2 | 2 | 2 |
Badminton | 6 | 2 | 1 | 1 | 1 | ||||||||||
Basketbol | 24 | 12 | |||||||||||||
Çimərlik voleybolu | 6 | 4 | |||||||||||||
Boks | 10 | 7 | 3 | 11 | 2 | 6 | 8 | 1 | 1 | 1 | 4 | 2 | |||
Kanoe slalom | 4 | 1 | |||||||||||||
Kanoe sprint | 17 | 2 | 12 | 4 | 2 | 2 | 3 | 2 | |||||||
Velosiped idmanı (BMX) | 1 | 4 | |||||||||||||
Velosiped idmanı (Dağ veloyürüşü) | 2 | 2 | |||||||||||||
Velosiped idmanı (veloşosse) | 6 | 3 | 4 | 2 | 2 | 2 | 1 | 1 | 1 | 2 | 1 | ||||
Velosiped idmanı (velotrek) | 10 | 5 | 5 | 1 | |||||||||||
Suyatullanma | 7 | 9 | 2 | ||||||||||||
Qılıncoynatma | 15 | 7 | 3 | 3 | 1 | 1 | 1 | ||||||||
Futbol | 22 | ||||||||||||||
İdman gimnastikası | 10 | 6 | 2 | 2 | 2 | 1 | 1 | 1 | 1 | ||||||
Bədii gimnastika | 8 | 8 | 8 | 1 | 1 | 1 | |||||||||
Həndbol | 15 | ||||||||||||||
Otüstü hokkey | |||||||||||||||
Cüdo | 12 | 10 | 2 | 9 | 2 | 6 | 8 | 2 | 7 | 1 | 2 | 2 | 2 | 2 | 1 |
Müasir beşnövçülük | 4 | 4 | 4 | 2 | 3 | 2 | |||||||||
Akademik avarçəkmə | 5 | 21 | 5 | 2 | 4 | 2 | 6 | ||||||||
Yelkən idmanı | 10 | 4 | 2 | 3 | 3 | 5 | 1 | ||||||||
Atıcılıq | 22 | 8 | 9 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | ||
Üzgüçülük | 35 | 14 | 8 | 4 | 4 | 2 | 2 | 2 | 1 | 2 | 2 | 2 | 1 | 2 | 2 |
Sinxron üzgüçülük | 9 | 2 | 2 | ||||||||||||
Stolüstü tennis | 5 | 4 | 3 | 1 | |||||||||||
Taekvondo | 4 | 2 | 3 | 3 | 2 | 1 | 2 | 1 | |||||||
Tennis | 10 | 3 | 3 | 3 | 1 | 2 | |||||||||
Tramplin gimnastikası | 3 | 2 | 2 | 1 | 1 | ||||||||||
Triatlon | 5 | 2 | |||||||||||||
Voleybol | 24 | ||||||||||||||
Su polosu | 13 | 13 | |||||||||||||
Ağırlıqqaldırma | 10 | 9 | 8 | 8 | 6 | 6 | 1 | 3 | 6 | 2 | 1 | 3 | |||
Güləş | 16 | 13 | 11 | 15 | 2 | 8 | 13 | 2 | 13 | 2 | 7 | 2 | 4 | 4 | |
Atçılıq (ötüşmə, konkur, üçnövçülük) | 3 | 5 | 2 | 1 | |||||||||||
Cəmi | 443 | 238 | 172 | 115 | 62 (63) | 54 | 53 | 46 | 35 | 34 (35) | 25 | 23 | 16 | 14 | 10 |
Təmsil olunduğu növlərin sayı | 33 | 27 | 24 | 20 | 16 | 15 | 15 | 13 | 11 | 11 | 9 | 9 | 7 | 8 | 5 |

0
0