“Simurq” Türkiyə Superliqa təmsilçisi ilə oynayacaq
24.07.2012 - 08:50
“Simurq” Türkiyə Superliqa təmsilçisi ilə oynayacaq
Avstriyada təlim-məşq toplanışında olan "Simurq"un növbəti yoxlama oyununda rəqibi dəyişdirilib. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala təmsilçisi 3-cü yoldaşlıq matçında bu gün Bolqarıstanın "Lokomotiv” (Plovdiv) klubu ilə oynamalı olsa da, rəqib təşkilatçılar tərəfindən dəyişilib. Nəticədə "Simurq" Türkiyə Superlisına yeni vəsiqə qazanmış "Akhisar Bələdiyəspor"la yoxlama matçı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Zaqatalalılar Avstriyada hazırlıqları çərçivəsində iki məşqə çıxaraq, səhər idmanına qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra komanda qısa ötürmələr üzərində məşq edib. Bundan sonra iki yerə bölünən futbolçular cəld hücum qurma və qapıya zərbə endirmək tapşırığı üzərində işləyib. Axşam məşqi də yüngül qaçış və isinmə hərəkətləri ilə start götürüb. Daha sonra baş məşqçi Georgi Çixradze yetirmələrini dar alanda həndbol oynamaq tapşırığını verib. Axşam idmanın sonunda “Simurq” iki hissəyə bölünərək, futbol oynayıb.

Qeyd edək ki, məşqləri klub rəhbərliyi də izləyib.
0