Daha 4 il Tomaş Ayanla - FOTO
23.05.2013 - 15:17
Macarıstanlı Tomaş Ayan yenidən 4 il müddətinə Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) prezidenti seçilib. Azərbaycan Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu haqda qərar İWF-in Moskvada keçirilən hesabat-seçki konfransında qəbul olunub. Yığıncaqda iştirak edən 137 nümayəndədən 80-i hazırkı prezidenti Ayanın lehinə səs verib.
O, 2000-ci ildən bu quruma rəhbərlik edir. Ayan İWF-in prezidenti olduğu 12 il ərzində ağır atletika üzrə yarış coğrafiyasını xeyli genişləndirə bilib. Bu da öz növbəsində dünyada ağır atletikanın populyarlaşması ilə nəticələnib.
Hesabat-seçki konfransında Ma Benquanq baş katib, Niko Vlad isə I vitse-prezident seçilib.
Qeyd edək ki, İWF prezidenti postuna 6 nəfər namizədliyini irəli sürmüşdü. Onlardan 4-ü – Çin, ABŞ, Bolqarıstan və Rumıniyadan olan nümayəndələr namizədliyini geri götürüblər. Ayanın yeganə rəqibi Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Urso isə cəmi 55 səs toplaya bilib.

- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
- Bakı “Dünya İdman Paytaxtı” elan olunub - FOTO
0
0