186629,29 əmsallıq UDUŞ
07.03.2023 - 13:00
186629,29 əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər nə az, nə çox 25 oyuna mərc gəlib.

Qarışıq kuponda futbol, basketbol və tennis matçları yer alıb. Oyun sayının çoxluğu ümumi əmsalın 186629,29-ya çatması ilə nəticələnib.

Yalnız bir neçə görüşdə risk edən müştəri əksər hallarda favoritlərə qələbə təxminini irəli sürüb. O, bu kupona cəmi 20 rubl (0,45 manat) qoyub. Bütün təxminlərin doğrulması isə 3 milyon 732 min 586 rubl (83 min 983,19 manat) uduş gətirib.

0