Belçikanın Antverpen şəhərində gimnastika üzrə ənənəvi “GymGala” şousu təşkil edilib.
Apasport.az saytının məlumatına görə, hər il olduğu kimi bu dəfə şouya müxtəlif gimnastika növləri üzrə Olimpiya, dünya və Avropa mükafatçıları qatılıblar.
İştirakçılar arasında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası da yer alıb. Komandamız artıq bir neçə ildir ki, gimnastika aləminin məşhur simalarının toplaşdığı bu şouya dəvət alır.
Narın Qurbanova, Veronika Qudis, Darya Sorokina, Məryəm Səfərova və Yelizaveta Luzandan ibarət qrup komandası tədbirin hər iki günündə 4000 nəfər tamaşaçının toplaşdığı “Lotto Arena”da öz gözoxşayan çıxışlarını nümayiş etdiriblər.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib