Bürünc medal qazandı – Rüstəm Orucov
06.03.2021 - 17:11
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Apasport.az saytının məlumatına görə, bu dəfə millimizin 3 üzvü tatami üzərinə çıxıb.
73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov nüfuzlu yarışın bürünc medalını qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Obidxon Nomonova (Özbəkistan) qalib gəlib.
Digər 2 təmsilçimiz - Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) turniri medalsız başa vurub.
Qeyd edək ki, cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
0
0