Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü olan həmyerlimiz Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidməti yayıb.
AMKF prezidenti Bəşirov Xorvatiyanın Poreç şəhərində EKF-in konqresində təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib. Rəsmi toplantının gündəliyindən öncə bir müddət əvvəl dünyasını dəyişmiş Türkiyə Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə komitəsinin üzvü olmuş Esad Delihasanın xatirəsi anılıb.
Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də gələn il Türkiyənin Qazientep şəhərində böyüklərin qitə çempionatının rəsmi təqdimatı nümayiş olunub. 2020/2021-ci ilin maliyyə hesabatı, 2021/2022-ci ilin büdcəsi və EKF İdman komissiyasının məruzəsi dinlənilib.
EKF prezidenti Antonio Espinos təşkilatın idarəedici orqanına yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO