Məcidov yeni ampluada – dünya çempionunun komandasında
13.03.2021 - 13:28
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun yeni ampluada özünü sınayır.
Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu olan təmsilçimiz rusiyalı Aleksandr Povetkinin komandasında yer alıb.
Məcidov peşəkarlar arasında superağır çəkidə WBC versiyası üzrə müvəqqəti dünya çempionu olan rusiyalının sparrinq-partnyoru qismində iştirak edir. O, Povetkinin Dlllian Uaytla görüşə hazırlığında birgə çalışır.

Qeyd edək ki, Povetkinlə Uayt arasında təkrar döyüş martın 27-də Cəbəllütariqdə baş tutacaq.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0