Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası Kiyevə yollanıb.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız təlim-məşq toplanışını Ukrayna yığması ilə birgə keçirəcək.
Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov heyətə 12 gənc taekvondoçunu cəlb edib. Onlar Kənan Əmiraslanov, Səyyad Dadaşov, Eltac Qafarov, Pünhan Mürsəlov, Nizami Hacıyev, Göydəniz Hüseynov, Fuad Təhməzov, Şamil Mirzəyev, Nicat Hacıyev, Xıdır Məmmədov, Vaqif Hacıyev və Nihad Həsənovu sınaqdan keçirəcək.
Qeyd edək ki, Ukrayna yığması ilə ikinci dəfə baş tutacaq məşqlər 10 gün davam edəcək.
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib