Yığmamızın medal sayı 3-ə çatdı - Tağızadədən bürünc
12.03.2021 - 22:32
Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Türkiyənin İstanbul şəhərində 8-ci dəfə keçirilən "Turkish Open" beynəlxalq turnirində yığmamıza daha bir medal qazandırıb.
Apasport.az saytının məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinala kimi inamla irəliləyib.
O, finala vəsiqə uğrunda döyüşdə ispan rəqibinə məğlub olub. Ayxan yarışı bürünc medala başa vurub.
Qeyd edək ki, daha öncə Milad Beiqi Harçeqani (87 kq) qızıl, Radik İsayev (+87 kq) gümüş mükafata sahib olub.
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
0
0