Avropa çempionatına seçim üçün Azərbaycan birinciliyi
18.11.2022 - 14:51
Avropa çempionatına seçim üçün Azərbaycan birinciliyi

Dekabrın 2-4-də kişilər və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək. 

Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, çempionatların təşkilində əsas məqsəd 25-30 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.

Qadınların çempionatında beynəlxalq əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı, kişilərin çempionatında isə beynəlxalq əmsalı(klassik, rapid, blits) 2400-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

0