Azərbaycanın U-21 yığması növbəti matça çıxacaq
                    
                    11.06.2024 - 11:35
                        
                     
                    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan yığması ilə qarşılaşacaq.
“Liv Bona Dea Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan seçməsi Slovakiya ilə keçirdiyi ilk yoxlama matçında 2:3 hesabı ilə məğlub olub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            