"Bakıya səfər gərgin olacaq".
Apasport.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun müdafiəçisi Conatan Tah “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
28 yaşlı futbolçu "köhlən atlarla" səfər oyununun gərgin keçəcəyini bildirib: "Biz bunu bir dəfə təcrübə etmişik. Ona görə də bilirik ki, Bakıda oynamaq asan olmayacaq. "Qarabağ" elə rəqibdir ki, onu qiymətləndirməmək olmaz. "Qarabağ" bəlkə də ən tanınmış komanda deyil. Amma yaxşı ki, bizim onlarla təcrübəmiz var".
Qeyd edək ki, Ağdam klubu sabah - martın 7-si UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində doğma azarkeşlər önündə Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Cavab oyunu isə 1 həftə sonra - martın 14-də Almaniyada keçiriləcək.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir