"İkinci oyunda burada etdiyimizdən daha çox şey etməliyik".
Apasport.az xəbər verir ki, bunu "Braqa"nın ispanyol hücumçusu Abel Ruiz “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
24 yaşlı futbolçu məğlub olduqları oyunu belə dəyərləndirib: “O günün bizim günümüz olmadığını qəbul etməliyik. Növbəti arşılaşmada daha yaxşı reaksiya verməli və bunu geri çevirməliyik. Bu, istədiyimiz oyun deyildi. "Qarabağ" üstümüzdən keçdi".
"Braqa"nın kapitanı cavab oyunu üçün ümidli olduğunu bildirib: “Hələ Bakıda 90 dəqiqə var. Əvvəlcə bütün diqqətimizi çempionat oyununa yönəldəcəyik, sonra oradakı oyun haqqında düşünmək üçün 3 günümüz var. Bu gün etdiyimizdən çox fərqli şeylər etməliyik, amma turu keçmək, mübarizə aparmaq üçün hər şeyi edəcəyik”.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək