“Çelsi” və “Tottenhem”in Osimhen arzusu
26.06.2023 - 01:26
“Çelsi” və “Tottenhem”in Osimhen arzusu

Nigeriyalı forvard Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, “Napoli” hücumçuya görə 150 milyon avro tələb edir.

“Çelsi” Viktorun transferi mübarizəsində favorit hesab olunur. “Zadəganlar” yaxın günlərdə Neapol klubu ilə danışıqlara başlayacaq. Londonun digər təmsilçisi “Tottenhem” də Osimhen keçidində maraqlıdır. Harri Keyn komandanı tərk edəcəyi halda, komanda nepaollulara təklif göndərəcək.

Qeyd edək ki, “Mançester Yunayted” və PSJ də 24 yaşlı forvardı heyətində görmək istəyir.
 

0