"Çelsi"də Mudrikə inanırlar
10.03.2023 - 20:43
"Çelsi"də Mudrikə inanırlar

“Əlbəttə, Mudrikə oyun vaxtı verməyi planlaşdırırıq. Ona böyük inamımız var".

Apasport.az xəbər verir ki, bunu "Çelsi"nin baş məşqçisi Qrem Poter deyib.

O, "Çelsi"nin ukraynalı vingeri Mixail Mudrikə inandığını bildirib: "O yeni vəziyyətə uyğunlaşır. Onun gəlişi zamanı o, əslində mövsümə hazırlıq mərhələsinə başlamışdı. Premyer Liqaya düşmək asan deyil”.

Qeyd edək ki, 70+30 milyon avroya alınan 22 yaşlı futbolçu ardıcıl 2-ci oyundur ki, London klubunun ehtiyatında qalır. “Mavilər” hər iki görüşdə qalib gəlib.

0