Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb
Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 4 üzvü tatamiyə çıxıb.
90 kq çəki dərəcəsində Elcan Hacıyevlə Vüqar Talıbov fərqli nəticələr göstəriblər. Vüqar 1/32 finalda slovakiyalı Aleks Bartonu mübarizədən kənarlaşdırsa da, növbəti görüşdə yerli Laşa Bekauriyə uduzub. Elcan isə ilk mərhələdən azad olub. O, 1/16 finalda Jamal Peterqreyvə (Böyük Britaniya), 1/4 finalda İvan Felipe Silva Moraleşə (Kuba) qalib gəlib. Hacıyev yarımfinal uğrunda Peter Jilka ilə qarşılaşıb və qələbə qazanıb. O, yarımfinalda Juyeop Handan güclü olub. Hacıyev qızıl uğrunda görüşdə Vüqar Talıbovı mübarizədən kənarlaşdıran Laşa Bakeuri ilə üz-üzə gəlib. Finalda uduzan Elcan gümüşə sahib çıxıb.
+100 kq çəkidə Uşanqi Kokauri “Böyük Dəbilqə”də finala yüksəlib. O, Marvin Qadau (Monako), Utkirbek Turoboyev (Özbəkistan) və Saba İnaneşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb. O, yarımfinalda kubalı Endi Qrandadan güclü olub. Uşanqi finalda yerli idmançı Quram Tuşuşviliyə uduzub. Camal Qamzatxanov isə ilk görüşdə mübarizəni dayandırıb.
Qeyd edək ki, “Böyük Dəbilqə”nin ilk günündə Azərbaycan millisi 2 medal qazanıb. Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) 3-cü yeri tutublar.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM