Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstana yollanıb.
Apasport.az saytının məlumatına görə, yığma avqustun 2-7-də paytaxt Sofiyada keçiriləcək dünya birinciliyində 15 idmançı ilə təmsil olunacaq.
809 taekvondoçunun iştirak edəcəyi mundialda ölkəmizi Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) təmsil edəcəklər.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev da komanda ilə birgə Sofiyada olacaqlar.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib