
Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçiriləcək.
Apasport.az saytının məlumatına görə, mayın 27-də, saat 18:00-da təşkil olunacaq proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadacaq.
Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək.
Şənbə günü baş tutacaq möhtəşəm konsert proqramına giriş ödənişsizdir.
Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondosunun 50 illiyinə təsadüf edir. Yubiley tədbiri Bakı şəhərində qeyd olunacaq. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən ümumilikdə 1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub