“Fehervar”  – “Qəbələ”: Kim autsayderdir?
21.07.2022 - 17:28
“Fehervar”  – “Qəbələ”: Kim autsayderdir?

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Fehervar” (Macarıstan) – “Qəbələ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Sekeşfexervarda mübarizə aparacaq Azərbaycan təmsilçisini matçın autsayderi sayır. 

Bu gün “MOL Arena Sosto”da baş tutacaq matçda “Qəbələ”nin qələbəsi 12,50, məğlubiyyəti 1,31 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,90 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

0