[b]İspaniyadan rekord, Ramos Kasilyasa çatdı[/b]
01.07.2018 - 20:08
DÇ-2018-in 1/8 final mərhələsinin Rusiya ilə oyunu Serxio Ramos üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı oyunçu milli komanda ilə mundiallarda ən çox meydana çıxan oyunçu rekorduna şərik olub.
DÇ-də 17-ci dəfə yığmanın formasını geyinən Ramos bununla da İker Kasilyasa çatıb.
İspaniya yığması isə İqnaşeviçin 12-ci dəqiqədə öz qapısına vurduğu qolla bütün turnirlərdə ardıcıl 23-cü oyunda da qolsuz qalmayıb və rekorda imza atıb.
Qeyd edək ki, hazırda əlavə vaxtı gedən oyunda hesab bərabərdi – 1:1.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0