Millidən U-21-ə
17.10.2023 - 09:00
Millidən U-21-ə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Əsas millinin üç futbolçusu Avstriya ilə matçdan (0:1) sonra U-21-ə qoşulub. Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə gənclər yığmasının hazırlığında iştirak edəcək.

Qeyd edək ki, millimiz bu gün  Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə qarşılaşacaq.
 

0