Millimiz Hindistanla qarşılaşacaq
08.10.2024 - 09:33
Millimiz Hindistanla qarşılaşacaq

Azərbaycanın U-23 minifutbol millisi bu gün Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatının qrup mərhələsində ikinci oyununu keçirəcək.

Apasport.az-ın məlumatına görə, komandamız Hindistanın U-23 millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18:45-də start götürəcək.

Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv ilk matçında Serbiya U-23 yığmasına 1:5 hesabı ilə məğlub olub. Hindistan komandası isə Çexiya ilə qarşılaşmada ağır məğlubiyyət alıb - 1:26.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sabah Çexiya ilə keçirəcək.

0