Musa qol hesabını kubokda açdı
23.08.2023 - 21:55
Musa qol hesabını kubokda açdı

Musa Qurbanlı “Yurqorden”də ilk qolunu vurub.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu İsveç kubokunda fərqlənib.

“Yurqorden” turnirin 1/32 finalında “Sandviken”lə qarşılaşıb. Musanın komandası səfərdə 5:1 hesabı ilə qələbə qazanıb. Qurbanlı 12-ci dəqiqədə “Yurqorden”in ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, İsveç çempionatında dörd görüşdə iştirak etsə də, fərqlənə bilməyib.
 

0