Namaşko daha 1 il "Şamaxı"da
24.05.2022 - 17:05
Şamaxıda daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi baş məşqçi Rüstəm Əliyevdən sonra qapıçı Stanislav Namaşkonu da komandada saxlayıb.
Bu barədə klubun İdarə Heyəti qərar qəbul edib. Tərəflər arasında anlaşmaya əsasən, Moldova millisinin qolkiperinin başa çatan müqaviləsi daha bir il uzadılıb.
Qeyd edək ki, yay fasiləsində İlkin Qırtımovla vidalaşan “Şamaxı” gənc müdafiəçi Rüstəm Daşdəmirovla yeni müqavilə bağlayıb.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
1
0