“Neftçi”dən səfər, “Sabah”dan ev qələbəsi - YENİLƏNİB
07.08.2022 - 21:12
“Neftçi”dən səfər, “Sabah”dan ev qələbəsi - YENİLƏNİB

Misli Premyer Liqasının I turu davam edir.

Apasport.az saytının məlumatına görə, turun üçüncü günündə daha iki oyun keçirilib.

Günə Şamaxıda start verilib. Son vitse-çempion “Neftçi” “Şamaxı”nın qonağı olub. 

Qarşılaşmanın taleyini bir qol həll edib. Matça sonradan daxil olan Emin Mahmudov kapitanı olduğu “ağ-qaralar”a 1:0 hesablı qələbə qazandırıb.

“Sabah” Masazırda “Sumqayıt”la üz-üzə gəlib. Əcnəbi baş məşqçilərin duelində Murad Musayevin yetirmələri üç xal əldə edib.

İlk yarıda Anatoli Nuriyevin qolu ilə hesabı açan bakılılar fasilədən sonra üstünlüyünü artırıb. Coy-Lens Mikels qonaqların qapısına yol tapıb. Son saniyələrdə isə Kristian Sebalyos matçda son nöqtəni qoyub – 3:0. 

Qeyd edək ki, avqustun 5-də başlayan tura sabah yekun vurulacaq.
 

Misli Premyer Liqası
I tur
7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi” - 0:1

Qol: Emin Mahmudov, 79

“Şamaxı”: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 55. Adil Nağlyev, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 11. Kamran Quliyev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli

“Neftçi”: 30 Aqil Məmmədov (k), 17. Rəhman Hacıyev, 26. Ömər Buludov,,2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 7. Azər Əliyev, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Ehtiyat oyunçular: 94. Əlirza Müştəbazadə, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 97. Elşad Tağıyev, 84. Hüseyn Babayev, 71. Cavanşir Şahbazlı, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval
Baş məşqçi: Laurentsiu Regekampf

Baş hakim: Kamal Umudlu
Şamaxı şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt” - 3:0

Qollar: Anatoli Nuriyev, 28, Coy-Lens Mikels, 53, Kristian Sebalyos, 90+4

“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaibulaev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Epah
Baş məşqçi: Murad Musayev

“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 70. Ouro-Nil Ture, 22. Damian Daniçiç, 37. Alya Ture
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet
Baş məşqçi: Aleksey Baqa

Baş hakim: Elçin Məsiyev
“Bank Respublika Arena”

0
Loading...