“Neftçi” “Sumqayıt” səfərində - YENİLƏNİR
05.04.2026 - 11:21
“Neftçi” “Sumqayıt” səfərində - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXVI tura start veriləcək.

Apasport.az xəbər verir ki, günün son matçı Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası azarkeşləri önündə "Neftçi"ni sınağa çəkəcək.

Görüşə saat 18:00-da start veriləcək.

Misli Premyer Liqası
XXVI tur

18:00. "Sumqayıt" – "Neftçi"
Baş hakim: Kamal Umudlu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu