Nihad Quliyev: "Qurban Qurbanov bunu xoş qarşıladı" - MÜSAHİBƏ
09.06.2024 - 14:53
Nihad Quliyev: "Qurban Qurbanov bunu xoş qarşıladı" - MÜSAHİBƏ

"Qarabağ"dan " Səbail"ə keçən Nihad Quliyev Apasport.az saytına müsahibə verib. 

- "Səbail"lə artıq bir illik müqavilə imzaladın. Halbuki çoxları sənin "Şamaxı"ya, ötən mövsüm formasını geyindiyin komandaya qayıdacağını ehtimal edirdi. Necə oldu ki, "Səbail"ə keçdin?

"Səbail"ə gedişim mənim üçün daha faydalı olacağını düşünürdüm. Ona görə belə, keçid baş verdi. Bu komanda üçün əlimdən gələni edəcəm. 

- "Qarabağ"dan artıq birdəfəlik ayrıldın? Klub sənə yeni müqavilə təklif etmədi? Etsəydi, oranın futbolçusu kimi qalıb, icarəyə yollanmaq olardı başqa kluba?

- "Qarabağ"la müqaviləm bitməmişdi. Sadəcə orada heyətə düşməkdə çətinlik çəkirdim. Ona görə də, qarşılıqlı qərar verib, komanda ilə yollarımı ayırdı. Lakin "Qarabağ" mənim üçün hər zaman doğmadır. 

- Ümumiyyətlə, "Qarabağ"da əsas komandada olduğun dövrü necə şərh edərdin? Səncə, əsas heyət uğrunda mübarizə aparmaq çox çətin idi? Niyə əsas heyətdə, meydanda görə bilmədik səni? 

- "Qarabağ"da çox xoş günlərim keçdi. Bu klubda ilk addımlarımı atdım. Bu klubda hər şeyi öyrəndim. Hər anım, hər günüm maraqlı, xoş xatirələrlə xatırlanır. Əlbəttə ki, "Qarabağ"da heyətə düşmək çox çətindir. 

- Qurban Qurbanovun sənə "Səbail"ə getmək variantına reaksiyası necə oldu?

- Qurban bəy bunu xoş qarşıladı. Hətta mənə bərk olmağımı, mübarizə apqrmağımı söylədi. Hər zaman "Qarabağ" qapısını mənə açıq olduğunu vurğuladı. 

- Necə düşünürsən, gələcək illərdə yenidən "Qarabağ"a, bu dəfə isə əsas komandada oynamaq üçün qayıda biləcəyini düşünürsən?

- Bunun üçün çox çalışmalıyam, çox mübarizə aparmalıyam. Amma ən böyük xəyallarımdan biri "Qarabağ"a qayıdıb əsas heyətdə oynamaqdır. 

- "Səbail"dəki məqsədin və hədəflərin nədən ibarətdir? Səncə, əsas heyətdə oynamaq, Şahin Diniyevin etimadını qazanmağın mümkündür?

- Əlimdən gələn hər şeyi edəcəm ki, komanraya faydalı olmağa çalışacam. Düşən fürsətləri də maksimum dəyərləndirmək istəyirəm. Hər şey özümdən asılıdır. 
 

0