[b]Özillə Quliyevin müqayisəsi[/b]
01.08.2018 - 16:06
[b]Özillə Quliyevin müqayisəsi[/b]

Türkiyə mətbuatı Almaniya millisinin futbolçusu Məsut Özilin son açıqlamalarını ölkələrinə gələn legionerlərlə müqayisə edib. Apasport.az saytının məlumatına görə, yazıda azərbaycanlı atlet Ramil Quliyevin “ay-ulduzlu” formanı seçməsi də dəyərləndirilib.

 

Bildirilir ki, Özil irqçi tənqidlərdən bezərək yığmada karyerasını başa vurub: “Buna əhsən! Məni bir şey maraqlandırır. Vaxtilə Türkiyə əvəzinə Almaniyanı seçəndə Məsut alman idi, türk olduğu indi yadına düşdü? İndi özünü arzulanmayan adam kimi qələmə verən futbolçu 8 il öncə “özümü alman kimi hiss edirəm” söyləmirdimi? Yıldıray Baştürk, Nuri Şahin, Altıntop qardaşları istəsəydilər, Almaniya millisini seçə bilməzdilərmi? Bu uşaqlar sadəlövh idi? Alman futbolu əvəzinə, Türkiyə futboluna fayda verdilər”.

 

Naim Süleymanoğlu, Bobbi Dikson, Yasmani Kopello Eskobar, Mehmet Aurelio, Natalya Hanikoğlu kimi milliləşdirilmiş məşhur idmançıları nümunə göstərən həmkarlarımız Ramili xüsusi vurğulayıb: “Onunla kökümüz də eynidi. Amma türk əsilli Quliyev Türkiyə deyil, Azərbaycan adına dünya çempionu olsaydı, yarışlarını eyni həyəcanla izləyərdikmi? Eyni coşğu ilə sevinərdikmi? Amma biz harda Məsut adını gördük ondan yazdıq. Məsələn, “Ferrari” aldı, filan müğənni ilə sevgili oldu, şəxsi təyyarəsi ilə kəndinə istirahətə gəldi, ətçi Nüsrətlə yeməyə duz tökdü, Ərdoğanla şəkil çəkdirdi və s. Almaniyada belə türk olurlar?”

 

Qeyd edək ki, Almaniya millisinin mundialdakı uğursuz çıxışından sonra yerli futbol ictimaiyyəti Özili günahkar saydığından yarımmüdafiəçi yığma karyerasını başa vurub.

 

 

 

 

0