Premyer Liqa: “Sabah”dan əzmkar qələbə - YENİLƏNİB
22.09.2024 - 19:55
Premyer Liqa: “Sabah”dan əzmkar qələbə - YENİLƏNİB

Misli Premyer Liqasında VII tura yekun vurulur.

Apasport.az xəbər verir ki, bu gün daha bir matç baş tutub.

"Səbail" - "Sabah"ı qəbul edib. Görüş "ASCO Arena"da baş tutub. Startda qapısında qol görən qonaqlar oyunda dönüş yaratmağı bacarıb. "Bayquşlar" 4 qol vuraraq qələbə qazanıb - 4:2.

Qeyd edək ki, "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

VII tur

22 sentyabr

18:00. “Səbail” – “Sabah” 2:4
Qollar:
Amir Bilali, 4, Rüfət Abdullazadə, 39 - Coy Lens Mikels, 8, İvan Lepinyitsa, 21, Cesse Sekidika, 27, Pavol Şafranko, 77
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş
"Sabah": 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"ASCO Arena"

0